Bəraət hökmünün hansı hallarda çıxarıldığı açıqlanıb.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Bəraət hökmü aşağıdakı hallarda çıxarılır:
– bu Məcəllənin 42.1.1-ci maddəsində (cinayət hadisəsi olmadıqda) nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda;
– bu Məcəllənin 42.1.2-ci maddəsində (əməldə cinayət tərkibi olmadıqda) nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda;
– bu Məcəllənin 42.1.3-cü maddəsində (cinayətin törədilməsinə aidiyyəti olmadıqda) nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə;
– bu Məcəllənin 42.1.4-cü maddəsində (təqsirliliyi sübuta yetirilmədikdə) nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə.