Avqustun 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, sabah Bakıda və  Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,  arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz yarımadanın  bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz  31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm  civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Avqustun 24-də Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz  33-38°  isti, dağlarda gecə 11-16° isti, gündüz  20-25° isti olacaq.