Vergi ödəyicisinə məxsus bank hesabı bağlandıqda, bu barədə məlumat 1 (bir) iş günü müddətində vergi orqanına göndəriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Bundan əvvəl şəhadətnamə-dublikat əsasında açılmış bank hesabı bağlandıqda, bu barədə məlumat 3 (üç) iş günü müddətində vergi orqanına göndərilib.