Büdcə xərclərinin funksional təsnifatının “Ətraf mühitin mühafizəsi” bölməsi üçün fəaliyyət planında ETSN-in tabeliyində olmaqla büdcə təşkilatlarına aid edilməyən dövlət qurumlarının, o cümlədən təsərrüfat hesablı əsaslarla fəaliyyət göstərməli olan kommersiya qurumlarının (publik hüquqi şəxslər və s.) qeyri-büdcə mənbələrindən gəlirlərinin artırılması (və ya dövlət büdcəsinin vəsaitlərindən asılılığın azaldılması) perspektivləri ilə bağlı hər hansı monitorinq göstəriciləri və ya indikatorlar müəyyən edilməyib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının Büdcə xərclərinin funksional təsnifatının “Ətraf mühitin mühafizəsi” bölməsi üzrə ortamüddətli xərclər çərçivəsinin icra vəziyyətinə dair hazırladığı materialda əksini tapıb.
Büdcə xərclərinin funksional təsnifatının “Ətraf mühitin mühafizəsi” bölməsi üçün 2022-ci ilin fəaliyyət planında monitorinq göstəricilərinin (indikatorlarının) müəyyənləşdirilməsi prosesində BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq sahəvi hədəflərinin və indikatorlarının bu və ya digər formada nəzərə alınması (uzlaşması) ilə əlaqədar yanaşmalar istər hüquqi, istərsə də inzibatçılıq müstəvisində tənzimlənməyib.