Nəzərdə tutulmuş sənədlər və məlumatlar ildə bir dəfədən az olmayaraq yenidən əldə olunur, etibarlı mənbələr (həmin xarici banka nəzarəti həyata keçirən orqana sorğular göndərməklə və ya rəsmi nəşrlər və mənbəyi məlum olan digər etibarlı mənbələr) vasitəsilə yoxlanılır, onlarla bağlı risk qiymətləndirməsi aparılır, işgüzar münasibətlərin davam etdirilməsi risklərinə dair hesabat hazırlanır və risklərin idarə edilməsi üzrə tədbirlər görülür.
Heftelik.az-ın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.