Çəndən suyu boşaltdıqdan sonra hava nümunəsində karbohidrogen və hidrogen sulfid buxarlarının miqdarı təyin olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Pirofor çöküntülərin öz-özünə alışmasının qarşısını almaq üçün çənlərin daxili səthləri mütəmadi olaraq korroziya məhsullarından təmizlənməlidir. Çənlərin daxili səthi təmizlənən zaman oraya fasiləsiz suyun verilməsi (daxili səthlərin su ilə isladılması) vacibdir.