Toplanmış materialların həcminin böyüklüyünə və ya təqsirləndirilən şəxslərin sayının çoxluğuna görə işin məhkəmə baxışını gecikdirən və ya başqa formada çətinlik yaradan ittihamlar bir icraatda birləşdirilməməlidir.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Aşağıdakılar bir icraatda birləşdirilə bilməz:

– cinayətin törədilməsi ilə onun gizlədilməsi və ya xəbər verilməməsinə dair ittihamlar üzrə;

– cinayət təqibi bir əmələ görə xüsusi ittiham qaydasında, digəri ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilən ittihamlar üzrə;

– birgə baxılması obyektiv araşdırılmasına mane ola bilən digər bütün ittihamlar üzrə.