Diaqnostika işləri aparılan çənə rahat yanaşma imkanı təmin olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Çənlərin qismən texniki diaqnostikasının aparılması üçün aşağıdakı tədbirlər görülməlidir:
– çənin istismarı dayandırılmalı;
– çənin bağlayıcı siyirtmələri bağlanmalı, elektrik dövrəsinin idarəetmə avtomatları söndürülməli;
– idarəetmə dövrəsinin qoruyucusu çıxarılmalıdır;
– işlər saz alət, tərtibat, cihazlarla aparılmalı və fərdi mühafizə vasitələrindən istifadə olunmalıdır;
– cihazların elektrik qida naqillərinin mexaniki zədələnmədən mühafizəsi təmin edilməlidir.