Ayrılmış vəsaitin demək olar ki, tam icra olunmasına baxmayaraq, indikator göstəriciləri üzrə proqnozdan dövlət orta ixtisas təhsili müəssisələrinin sayının 2 ədəd və ya 5,4%, həmin müəssisələrdə təhsilverənlərin sayının 1931 nəfər və ya 29,7% az, təhsilalanların sayının isə 2066 nəfər və ya 4,6% çox olduğu müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Təhsil” xərcləri üzrə hazırlanmış ortamüddətli xərclər çərçivəsi sənədinə uyğun olaraq büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə 2021-2024-cü illər üçün icmallaşdırılmış fəaliyyət planı”nın icrasının təhlilində əksini tapıb.