Spiralvari borularda yanıq yerlər, tərləmə, qabarma olduqda, sobanın odadavamlı hörgüsü və istilik izolyasiyası dağıldıqda, boru barmaqlıqları qırıldıqda, tüstü bacası və onun şiberi nasaz vəziyyətdə olduqda sobaların istismarı qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Sobanın spiralvari borusunda axma baş verdikdə, o, boru kəmərindən ayrılmalı, qəza atqı siyirtməsi açılmalı, spiralvari boru isə neftdən su buxarı ilə üfürülərək boşaldılmalıdır. Boşaldılan neft ehtiyat tutumuna yığılmalıdır.