Neftdaşıyan tanker doldurma-boşaltma körpüsünə yan aldığı zaman orada (tankerin yaxınlığında) yanğın-xilasetmə və yedək tankerindən başqa heç bir üzən vasitə olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Neftdaşıyan tankerə daxil olmağa yalnız trap (tanker nərdivanı) quraşdırıldıqdan sonra yol verilir. Sutkanın qaranlıq vaxtı traplar işıqlandırılmalıdır. Trap əvəzinə digər keçid vasitələrindən istifadə etmək qadağandır.