Texnoloji boru kəmərlərinin “döngə” sahələrinə mütəmadi olaraq nəzarət olunmalıdır. Qış mövsümündə onların donmasına qarşı tədbirlər nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Şlam-tutucuların süzgəc sistemində bir ehtiyat şlam-tutucu süzgəc olmalıdır. Süzgəc sisteminin işlək vəziyyətinə süzgəcdə təzyiqin dəyişməsi üsulu ilə nəzarət edilməlidir.