Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunanlar haqqında məlumat açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Heftelik.az-a verilən məlumata örə, məlum olduğu kimi, qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər.

Artıq 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olan şəxslər bəllidir. Onların Dövlət İmtahan Mərkəzinə müraciətləri əsasında sənədləri yoxlanılıb və ixtisas seçimi etmək üçün Mərkəzə dəvət olunublar.

Nəticələrə əsasən, bu il 2 nəfər beynəlxalq fənn olimpiadası, 50 nəfər respublika fənn olimpiadası, 98 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 32 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB və A-Level) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

Bundan əlavə, 314 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 124 abituriyent isə ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.

Aşağıdakı cədvəllərdə müsabiqədənkənar qəbul olunanların sayı və onların qəbul olunduqları ixtisaslarla daha ətraflı tanış ola bilərsiniz.

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme və A-Level) üzrə qəbul olunanların sayı və qəbul olunduqları ixtisaslar

 

Say (nəfər)İxtisasın adıİxtisas kodu
1Tibb (tədris ingilis dilində)121248
6Kömpüter elmləri131113
6Biznesin idarə edilməsi131162
3İqtisadiyyat131179
1Maliyyə131187
5Beynəlxalq münasibətlər131195
5Hüquqşünaslıq131227
3Kommunikasiya və rəqəmsal media131235
1İnformasiya təhlükəsizliyi141125
1Biznesin idarə edilməsi141222

 

Beynəlxalq idman yarışların qaliblərinin sayı və qəbul olunduqları ixtisaslar

Say (nəfər)İxtisasın adıİxtisasın kodu
41Məşqçilik, Əyani137165
31Məşqçilik, Qiyabi137173
1Məşqçilik, Əyani145695
23Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq137157
2Məşqçilik, Qiyabi145719

Respublika və beynəlxalq fənn olimpiadaları qaliblərinin sayı və qəbul olunduqları ixtisaslar

Say (nəfər)İxtisasın adıİxtisasın kodu
7Kimya mühəndisliyi141133
1Neft-qaz mühəndisliyi141174
3Politologiya129284
4Tarix müəllimliyi111771
1Tarix və coğrafiya müəllimliyi122666
1Tarix müəllimliyi158363
14Kompüter elmləri131113
3İnformasiya texnologiyaları131146
5İnformasiya təhlükəsizliyi141117
1Azərbaycan dili və ədəbiyyatı müəllimliyi142519
2Azərbaycan dili və ədəbiyyatı müəllimliyi111747
1Kompüter mühəndisliyi141158
1İnformasiya texnologiyaları142235
1Kompüter elmləri111252
2Riyaziyyat131121
3Elektrik və elektronika mühəndisliyi131138
1Biologiya112695
1Biologiya112735

ADA Məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunanların sayı və ixtisaslar

Say (nəfər)İxtisasın adıİxtisasın kodu
28Beynəlxalq münasibətlər (tədris ingilis dilində)131195
22Biznesin idarə edilməsi (tədris ingilis dilində)131162
6Dövlət və ictimai münasibətlər (tədris ingilis dilində)131219
2Elektrik və elektronika mühəndisliyi (tədris ingilis dilində)131138
18Hüquqşünaslıq131227
10İnformasiya texnologiyaları (tədris ingilis dilində)131146
3İqtisadiyyat (tədris ingilis dilində)131179
2Kommunikasiya və rəqəmsal media (tədris ingilis dilində)131235
15Kompüter elmləri (tədris ingilis dilində)131113
4Kompüter mühəndisliyi (tədris ingilis dilində)131154
13Maliyyə (tədris ingilis dilində)131187
1Riyaziyyat (tədris ingilis dilində)131121

SAT imtahanı nəticələrinə əsasən ADA Universitetinə qəbul olunanların sayı və ixtisaslar

Say (nəfər)İxtisasın adıİxtisasın kodu
42Beynəlxalq münasibətlər (tədris ingilis dilində)131195
34Biznesin idarə edilməsi (tədris ingilis dilində)131162
36Dövlət və ictimai münasibətlər (tədris ingilis dilində)131219
14Elektrik və elektronika mühəndisliyi (tədris ingilis dilində)131138
47İnformasiya texnologiyaları (tədris ingilis dilində)131146
29İqtisadiyyat (tədris ingilis dilində)131179
24Kommunikasiya və rəqəmsal media (tədris ingilis dilində)131235
26Kompüter elmləri (tədris ingilis dilində)131113
21Kompüter mühəndisliyi (tədris ingilis dilində)131154
28Maliyyə (tədris ingilis dilində)131187
13Riyaziyyat (tədris ingilis dilində)131121