Görüşdə Cənubi Qafqazın və Azərbaycanın Avropa ölkələri ilə, həmçinin Mərkəzi Asiya və üzü Şərqə doğru iri ölkələrlə nəqliyyat kommunikasiyalarında artan rolu və Azərbaycanla Aİ arasında aparılan əməkdaşlığın önəmi xüsusi qeyd olundu.
Heftelik.az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı deyib.
“Şərq-Qərb Orta Dəhlizi və onun artan rolu barədə danışarkən, yeni vəziyyətin yaratdığı imkan və belə olan təqdirdə Zəngəzur dəhlizinin də Şərq-Qərb Orta Dəhlizin yeni qolu kimi istifadəsinin rolu xanım nazirin diqqətinə çatdırıldı”- nazir əlavə edib