Bank işgüzar münasibətlər yaradılan xarici və yerli maliyyə institutlarının reyestrini tərtib edir, onu internet səhifəsində yerləşdirir və mütəmadi yeniləyir.

Heftelik.az-ın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Bu Qaydanın məqsədləri üçün MUT Qaydalarında nəzərdə tutulan şəxsiyyəti təsdiq edən sənədlər təqdim edilir. Şəxsiyyəti təsdiq edən sənəd dövlət informasiya sistemindən əldə edilmədikdə onun surəti çıxarılır və bankda saxlanılır.