BankBank hesablarının açılmasından əvvəl bank müştəri uyğunluğu tədbirlərini həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Bank hesabın açılması üçün müraciət edən şəxsdən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa (ƏL/TMM Qanunu) müvafiq olaraq qəbul edilmiş “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”ın (MUT Qaydaları) 2-ci hissəsinə uyğun olaraq məlumatlar əldə edir. Bank hesabı iki və ya daha çox fiziki şəxsin adına açıldıqda (birgə hesab) müştəri uyğunluğu tədbirləri həmin hesabın sahiblərinin hər birinə ayrı-ayrılıqda tətbiq edilir.

Qeyd edək ki, bundan əvvəl bank “Öz müştərini tanı” prinsipini rəhbər tutaraq bank hesablarının açılmasından əvvəl hesabın açılması üçün müraciət edən şəxsdən ilkin məlumatlar əldə edib.