Nasos aqreqatlarının, bağlayıcı armaturların qovşaqlarının çöküntüsü aşkarlandığı zaman, nasosların və armaturların qol borularına əlavə yüklənmələrin qiymətləndirilməsi üzrə hesablamalar aparılmalı və yolverilən qiymətləri aşdığı zaman onların azaldılması üzrə tədbirlər görülməlidir (boru kəmərlərinin kiçik sahələrinin kəsilməsi və keçid çarxlarının quraşdırılması, kompensatorların tətbiqi, bünövrənin tökülməsi və s).

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.