42 V-dan artıq gərginlik altında olan elektrik qida mənbələrinin və blokların xarici elementlərinin işləməsi zamanı təsadüfən toxunmadan mühafizəsi təmin olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Çənlərin tam texniki diaqnostikasının aparılması üçün aşağıdakı tədbirlər görülməlidir:
– bu Qaydada qeyd olunan tədbirlər görülməli;
– çəndən neft tam boşaldılmalı;
– çəni boru kəmərlərindən ayıran siyirtmələrə qapayıcılar qoyulmalı;
– çənin dibi çöküntülərdən təmizlənməli;
– çənin daxili səthləri təmizlənməli və deqazasiya olunmalı;
– ölçü vasitələri ilə ölçmənin aparılması üçün ayaqaltılar quraşdırılmalıdır.