Dəmir yolu üzərindəki keçidlər və yollar hər zaman açıq olmalı (yanğın avtomobilləri üçün) və döşəmələri rels başlıqları ilə eyni səviyyədə olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Estakadanın ərazisində qadağandır:
– qaynaq işlərinin aparılması;
– vaqon-sisternlərin təmiri və təmizlənməsi;
– şimşəkli (ildırımlı) hava şəraitində və küləyin sürəti 12 m/san-dən artıq olduqda doldurma-boşaltma əməliyyatlarının aparılması.