Proqram 5. Ali təhsil (5 Strateji hədəf 7 Subproqram) “Təhsil” bölməsinin 5-ci köməkçi bölməsi üzrə 2022-ci ildə dürüstləşmiş təyinat üzrə xərclər 100,0% və ya 401707,3 min manat icra edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Təhsil” xərcləri üzrə hazırlanmış ortamüddətli xərclər çərçivəsi sənədinə uyğun olaraq xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə 2021-2024-cü illər üçün icmallaşdırılmış fəaliyyət planı”nın icrasının təhlilində əksini tapıb.
Cədvəl 9. Ölkədə əmək bazarının tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsi (Strateji hədəf 12), %
Fəaliyyət və tədbir | Kassa xərci | Monitorinq göstəricisi | Monitorinq göstəricisinin icrası |
Subproqram 5.1. SABAH layihəsinin həyata keçirilməsi | 99,9 | ||
SABAH layihəsinin həyata keçirilməsi | 99,9 | Sabah qruplarında təhsilalanların sayı | 101,6 |
Subproqram 5.2. Beynəlxalq ikili diplom | 100,0 | ||
“Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)” layihəsinin həyata keçirilməsi ilə bağlı xərclər | 100,0 | İkili diplom proqramı üzrə təhsilalanların sayı | 92,0 |
Dövlət sifarişli yerlərin sayı | 88,8 | ||
Subproqram 5.3. Ali təhsil proqramı üzrə elmi fəaliyyətin dəstəklənməsi | 99,0 | ||
Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransının keçirilməsi | 0,0 | Elmi konfransda iştirak edən doktorantların və gənc tədqiqatçıların sayı | 62,5 |