Putin Priqojindən danışdı

24 Avqust 2023, 21:18

Rusiya Prezidenti Vladimir Putin Tver vilayətində baş verən təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.

Heftelik.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Putin Yevgeni Priqojin haqqında ayrıca danışıb: “Priqojin çətin taleyi olan bir insan idi və həyatda ciddi səhvlərə yol verdi. O, istedadlı insan, iş adamı idi”, – deyə Vladimir Putin bildirib.

Rusiya lideri əlavə edib ki, təhqiqat komitəsinin rəhbəri təyyarə qəzası ilə bağlı araşdırmaya başlayıb.