Bu gün Türkiyənin “Qalatasaray” klubu Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyununda Norveçin “Molde” klubu ilə qarşılaşıb.

Heftelik.az-ın xəbərinə görə,  Okan Brukun yetirmələri Norveçdə rəqiblərini 3:2 hesabı ilə məğlub ediblər.

İstanbul nəhəngi Norveçdə yerli “Molde”ni son dəqiqələrdə vurduğu qol sayəsində məğlub edib.

 

23:00. “Molde” (Norveç) – “Qalatasaray” (Türkiyə) – 2:3
Qollar: Martin Ellinqsen, 8, Kristoffer Hyugen, 56 – Sergio Oliveyra, 25, Mauro İkardi, 29, Fredrik Midtsyo, 90+3

Qeyd edək ki, cavab görüşü avqustun 29-da keçiriləcək.