Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məqsədli büdcə fondları (5 fond) üzrə “Büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatların debitor və kreditor borcları barədə hesabat”larında daxilolmalar üzrə böyük məbləğdə debitor borcların mövcud olduğu göstərildiyi halda, potensial gəlir mənbəyi olan həmin borclar üzrə maliyyə vəsaitləri dövlət büdcəsi, o cümlədən ortamüddətli xərclər çərçivəsi (OMXÇ) çərçivəsində resurs bazasının proqnozlaşdırılması prosesində müvafiq hədlərdə nəzərə alınmayıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının Büdcə xərclərinin funksional
təsnifatının “Ətraf mühitin mühafizəsi” bölməsi üzrə ortamüddətli xərclər çərçivəsinin icra vəziyyətinə dair hazırladığı materialda əksini tapıb.