girdÜmumi təhsil proqramı üzrə təhsilalanların həyata və ali təhsilə hazırlanması (Strateji hədəf 2) istiqaməti üzrə aparılmış təhlil nəticəsində müəyyən olunub ki, 2022-ci il üçün xərclərin 99,9% icra olunmasına baxmayaraq, təsdiq edilmiş indikator göstəriciləri üzrə proqnozdan dövlət ibtidai təhsil müəssisələrinin sayı 20 ədəd və ya 6,2%, bu müəssisələrdə təhsilalanların sayı 1052 nəfər və ya 18,0% az, təhsilverənlərin sayı isə 13 nəfər və ya 1,7% çox, dövlət ümumi orta müəssisələrinin sayı 18 ədəd və ya 2,3%, bu müəssisələrdə təhsilalanların sayı 10998 nəfər və ya 14,7% az, təhsilverənlərin sayı isə 1039 nəfər və ya 9,2% çox, dövlət tam orta məktəblərinin sayı 19 ədəd və ya 0,6%, bu müəssisələrdə təhsilalanların sayı 91808 nəfər və ya 6,0% az, təhsilverənlərin sayı isə 6903 nəfər və ya 5,7%, müasir tədris vasitələri və tədris laboratoriyaları ilə təmin edilmiş təhsil müəssisələrinin sayı 36 ədəd və ya 9,9%, hazırlanmış kitabların sayı 47500 nüsxə və ya 47,0% çox olub.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Təhsil” xərcləri üzrə hazırlanmış ortamüddətli xərclər çərçivəsi sənədinə uyğun olaraq büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə 2021-2024-cü illər üçün icmallaşdırılmış  fəaliyyət planı”nın icrasının təhlilində əksini tapıb.