Xarici bankların yerli banklarda müxbir hesablarının açılmasından əvvəl yerli bank xarici bankdan xarici bankın nizamnaməsinin və ya hüquqi statusunu əks etdirən digər sənədin, habelə qeydiyyatdan keçdiyi ölkənin səlahiyyətli orqanı (maliyyə bazarlarına nəzarət orqanı və ya digər səlahiyyətli qurum) tərəfindən bank fəaliyyətinə icazə verən sənədin surətləri və xarici bankın ən azı son maliyyə ili üçün auditor yoxlamasından keçmiş illik maliyyə hesabatlarının və auditor rəyinin surətini əldə etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Yerli bank onları etibarlı mənbələr (bank nəzarəti orqanına sorğular göndərməklə və ya rəsmi nəşrlər və mənbəyi məlum olan digər məlumatlar) vasitəsilə yoxlayır, onlarla bağlı risk qiymətləndirməsini aparır, işgüzar münasibətlərin qurulmasının risklərinə dair hesabat hazırlayır və risklərin idarə edilməsi üzrə tədbirlər görür.