Texnoloji boru kəmərlərində yerləşən qanovlar istehsalat kanalizasiyasına birləşdirilməli, yığılmış neft və tullantılar mütəmadi olaraq təmizlənməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Neftvurma stansiyasının ərazisindən elektrik dəmir yolları keçirsə və ya digər azan cərəyan mənbələri ehtimal olunursa, boru kəmərlərinin elektrokimyəvi mühafizəsi təmin olunmalıdır.