BMT-nin Cenevrədəki mənzil-qərargahı (Palais des Nations) təhlükəsizlik tədbirləri səbəbindən müvəqqəti bağlanıb.
Heftelik. az xəbər verir ki, bu barədə Təşkilatın Cenevrə Qərargahının rəsmi nümayəndəsi Alessandra Veluççi bildirib.
Onun sözlərinə görə, BMT-nin təhlükəsizlik xidməti tərəfindən fəal iş aparıldıqdan sonra qısa zaman ərzində Qərargahın işi bərpa olunub.
“Hazırda binanın bütün giriş nöqtələri açıqdır”, – o əlavə edib.