Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) idarəetməsində olan məqsədli büdcə fondlarının daxilolmalarının xərcləri üstələməsi (5 fond üzrə icmal olaraq 2021-ci ildə 11050,0 min manata qarşı 4090,0 min manat, 2022-ci ildə 17356,3 min manata qarşı 5234,8 min manat) və qalıqlarının artım meyilləri (5 fond üzrə icmal olaraq 01.01.2021-ci il tarixinə 31940,0 min manat, 01.01.2022-ci il tarixinə 38900,0 min manat, 01.01.2023-cü il tarixinə 50437,3 min manat) 2022-ci ildə də davam edib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının Büdcə xərclərinin funksional
təsnifatının “Ətraf mühitin mühafizəsi” bölməsi üzrə ortamüddətli xərclər çərçivəsinin icra vəziyyətinə dair hazırladığı materialda əksini tapıb.
Bu da məqsədli büdcə fondları vasitəsilə akkumulyasiya olunan mövcud formatının dövlət maliyyəsinin inzibatçılığı baxımından bir o qədər də təkmil olmamasını, mövcud maliyyə resurslarından istifadəni təmin etməməsini və maliyyə vəsaitlərinin OMXÇ-nin resurs bazasından kənarda qalmasını göstərir.