Estakada meydançaları perimetri boyu çəpərlənməli və döşəmələri su keçirməyən materialdan olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Doldurma-boşaltma estakadalarının və ya ayrı dayanan dayaqların hər iki tərəfindən 20 metr məsafədə lokomotivlərin hərəkətini qadağan edən təhlükəsizlik nişanları (və ya nəzarət sütunları) qoyulmalıdır.