Proqram üzrə vəsaitin tam icra olunduğuna baxmayaraq, SABAH qruplarında təhsilalanların sayı 51 nəfər və ya 1,6% çox, beynəlxalq ikili diplom istiqaməti üzrə “Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)” layihəsinin həyata keçirilməsi ilə bağlı ikili diplom proqramı üzrə təhsilalanların sayı 59 nəfər və ya 8,0%, dövlət sifarişli yerlərin sayı üzrə 72 nəfər və ya 11,2%, doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransında iştirak edən doktorantların və gənc tədqiqatçıların sayı 120 nəfər və ya 37,5% az olub.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Təhsil” xərcləri üzrə hazırlanmış ortamüddətli xərclər çərçivəsi sənədinə uyğun olaraq xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə 2021-2024-cü illər üçün icmallaşdırılmış  fəaliyyət planı”nın icrasının təhlilində əksini tapıb.

Həmçinin, indikator göstəriciləri üzrə xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşlarının təhsilinin dəstəklənməsi (Strateji hədəf 13) istiqaməti üzrə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı xətti ilə xaricdə təhsil alan tələbələrin sayı 13 nəfər nəzərdə tutulsa da, icra olmayıb.