Cinayət təqibini istisna edən halların mövcudluğu istisna edilməklə, məhkəmə iclasında sədrlik edən ədalət mühakiməsi əleyhinə olan hər hansı cinayətin əlamətlərinin məhkəmə baxışı zamanı müəyyən olunduğuna prokurorun diqqətini cəlb etdikdə, prokuror bununla bağlı dərhal cinayət işi başlamalıdır.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Bu halda prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edərsə, məhkəmə iclasında sədrlik edən həmin qərarın qanunsuz və əsassız olması qənaətinə gəldikdə yuxarı prokurordan zəruri tədbirlərin görülməsini tələb edə bilər.