Jurnalistlər üçün inşa edilmiş üçüncü bina ilə bağlı rəsmi açıqlama verilib.

Heftelik.az-ın məlumatına görə,  bu barədə Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı açıqlama verib.

“Medianın çoxsaylı sorğularına cavab olaraq bildiririk ki, Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 20 ünvanında yerləşən 255 mənzilli binadakı mənzillərin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinə və həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarının mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadə edilməsi nəzərdə tutulub”, – deyə Fazil Talıblı bildirib.