Neftlə dolu dəmir yolu sisternləri iki ədəd ikioxlu və ya bir ədəd dördoxlu boş və ya yanmayan yüklü platformalarla mühafizə edilmiş lokomotivlərlə, saatda 5 km-dən artıq olmayan sürətlə verilməli və ya çıxarılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Dəmir yolu sisternlərinin qoşulması və ayrılması neftin doldurulma məntəqəsindən kənarda həyata keçirilməlidir. Lokomativ estakadaya minimum 1 boş vaqonla girməlidir.