“Mühafizə Zonası”nda partlayış işləri Agentliklə razılaşdırıldıqdan sonra həyata keçirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
“Mühafizə Zonası”nda boru kəmərlərinin istismarına xələl gətirəcək aşağıdakı işlərin həyata keçirilməsi qadağan olunur:
– tanınma və siqnal işarələrinin, nəzarət-ölçü cihazlarının yerini dəyişmək, sındırmaq və ya onların üstünü torpaqla örtmək;
– xidmət edilməyən gücləndirici kabel rabitəsi məntəqələrinin, xətti armatur avadanlıqları qovşaqlarının, katod və drenaj mühafizəsi stansiyalarının, xətti və baxış quyularının və başqa xətti qurğuların lüklərinin qapılarını, çəpərlərini açmaq, rabitə və enerji təchizatı vasitələrini və boru kəmərlərinin telemexanika vasitələrini işə salmaq və ya söndürmək;
– zibilxanaların yaradılması, turşu, duz və qələvi maddələrinin tökülməsi;
– boru kəmərlərini zədələnmədən və neftin ətraf mühitə yayılmasından qoruyan sahil bərkitmə tikililərini sıradan çıxarmaq;
-lövbər atmaq, lövbər, zəncir, lot, tor və tral salaraq keçmək, dibdərinləşdirmə və yerqazma işləri görmək;
– od yandırmaq və hər hansı açıq və bağlı od mənbələri yerləşdirmək.