bankMüştəridən əldə olunmuş məlumatların verifikasiyası bu Qaydada qeyd olunmuş və Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn sənədlərlə yanaşı, “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”na uyğun olaraq tələb edilən digər sənədlərin təqdim edilməsi əsasında həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədlər bankda ƏL/TMM Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş müddətdə saxlanılır. Elektron formada əldə edilmiş məlumat və sənədlər kağız daşıyıcıya köçürülmədən bankda elektron formada saxlanıla bilər.
Qeyd edək ki, bundan əvvəl yeni müştəri üçün bank hesabının açılması bu Qaydada qeyd olunmuş və Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn sənədlərin təqdim edilməsi əsasında həyata keçirilib. Bank tərəfindən əldə edilmiş sənədlərin doğruluğu yoxlanılıb, bankda saxlanılması tələb olunan sənədlərin surəti çıxarılıb və saxlanılıb. Elektron formada əldə edilmiş sənədlər kağız daşıyıcıya köçürülmədən bankda elektron formada saxlanıla bilər.