Çənlər parkında çənləri bir-biri ilə əlaqələndirən texnoloji boru kəmərləri elə quraşdırılmalıdır ki, hər hansı bir çəndə qəza və yaxud yanğın baş versə, neftin bir çəndən digər çənə vurulması mümkün olsun.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Bütün texnoloji boru kəmərlərinə texnoloji sxem tərtib olunmalıdır.
Texnoloji boru kəmərlərində avadanlıqların armaturlarının, cihazların və qurğuların yerləşdirilməsi texnoloji sxemə uyğun olmalıdır. Bağlayıcı armaturların üzərində “AÇIQDIR”, “BAĞLIDIR” sözləri yazılmış göstəriciləri olmalıdır.