Neftin borulu sobasının qəza boşaltma sistemi saz vəziyyətdə saxlanılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Neftin dövr etməsi dayandıqda, borularda yanıq yerlər və ya zədələnmələr aşkar olunduqda spiralvari borunu boşaltmaq məqsədilə sobanın qəza boşaltma sistemi avtomatik işə salınmalıdır.

Qızdırılmış neft qəza tutumuna boşaldılan zaman neftin öz-özünə alışmasının qarşısını almaq məqsədilə tutuma su buxarı verilməlidir.