Xarici bankların yerli banklarda müxbir hesablarının açılmasından əvvəl yerli bank xarici bankdan xarici bankın idarəetmə orqanları, təşkilati strukturu, benefisiar mülkiyyətçiləri, rəhbər(lər)i, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə üzrə məsul şəxsi haqqında məlumat, onların şəxsiyyətini təsdiq edən, habelə şəxslərin benefisiar mülkiyyətçi olduqlarını təsdiq edən sənədlərin surətləri, habelə notariat qaydasında təsdiq edilmiş hesab üzrə sərəncam vermək hüququ olan şəxs(lər)in imza nümunələri və bankın möhürünün əksini və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulduğu və ya xarici bankın yerləşdiyi ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda həmin ölkənin səlahiyyətli orqanı tərəfindən (maliyyə bazarlarına nəzarət orqanı və ya digər səlahiyyətli qurum) müxbir hesabın açılmasına verilmiş icazənin surətini əldə etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Yerli bank onları etibarlı mənbələr (bank nəzarəti orqanına sorğular göndərməklə və ya rəsmi nəşrlər və mənbəyi məlum olan digər məlumatlar) vasitəsilə yoxlayır, onlarla bağlı risk qiymətləndirməsini aparır, işgüzar münasibətlərin qurulmasının risklərinə dair hesabat hazırlayır və risklərin idarə edilməsi üzrə tədbirlər görür.