Bu gün günorta saatlarında başlayan güclü leysan xarakterli yağışlar Göyçayda bir sıra fəsadlar törədib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, güclü leysan yağışları nəticəsində Göyçayın Qaraməryəm qəsəbəsinə, Yekəxana, eləcə də Şahsoltanlı kəndlərinə ciddi ziyan dəyib.
Leysan yağışların yol açdığı sel nəticəsində Bakı-Şamaxı-Yevlax yolunda infrastruktur və yol qurğuları sıradan çıxıb. Ərazidə yerləşən obyektlər su altında qalıb.
Sel xırdabuynuzlu heyvanları da aparıb. Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hər iki istiqamətdə hərəkət məhdudlaşdırılıb.
Ümumilikdə 7 avtomobil sel suları altında qalıb.