Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda mebel sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Heftelik.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***

saat 19.39

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda mebel sexində yanğın olması barədə ilkin məlumat daxil olub.

Heftelik.az-ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.