1963-cü il Salmanov Rahib Vaqif oğlunun özünü müalicə aldığı xəstəxananın binasından ataraq intihar etməsi ilə bağlı Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.
Heftelik.az-ın məlumatına görə, Baş prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, hazırda prokurorluq əməkdaşları hadisə yerində cəlb edilib, zəruri istintaq hərəkətləri həyata keçirilir.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov müalicə aldığı xəstəxananın binasından özünü ataraq öldürüb.