Müəyyən olunub ki, indikator göstəriciləri üzrə proqnozdan İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil almaları üçün təhsil qrantlarının verilməsi üzrə tələbələrin sayı 5 nəfər və ya 11,1%, tələbə krediti alan təhsilalanların sayı 12883 nəfər və ya 51,5%, dövlət sifarişi üzrə və dövlət hesabına kadr hazırlığının maliyyələşdirilməsi üçün təqaüd xərcləri çərçivəsində təqaüd alan tələbələrin sayı 7198 nəfər və ya 6,8% az olub.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Təhsil” xərcləri üzrə hazırlanmış ortamüddətli xərclər çərçivəsi sənədinə uyğun olaraq xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə 2021-2024-cü illər üçün icmallaşdırılmış  fəaliyyət planı”nın icrasının təhlilində əksini tapıb.

 

Cədvəl 10. Ali təhsil proqramı üzrə təhsilalanlara dövlət dəstəyinin göstərilməsi (Strateji hədəf 14), %

 

Fəaliyyət və tədbir

Kassa xərciMonitorinq göstəricisiMonitorinq göstəricisinin icrası
Subproqram 5.5. Ali təhsil proqramı üzrə təhsilalanlara dövlət dəstəyi100,0
İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama

Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan

100,0Tələbələrin sayı88,9

 

 

Respublikasının ali təhsil müəssisələrində təhsil almaları üçün təhsil qrantlarının verilməsi ilə bağlı xərclər
Azərbaycan Respublikası Təhsil Tələbə Krediti Fondu100,0Tələbə krediti alan

təhsilalanların sayı

48,5
Dövlət sifarişi üzrə və dövlət hesabına kadr

hazırlığının maliyyələşdirilməsi üçün təqaüd xərcləri

100,0Təqaüd alan

tələbələrin sayı

93,2