Azərbaycan Respublikası Vergi Məcəlləsinin 35-ci maddəsinin tələblərinə uyğun olaraq, vergi ödəyicilərinə açılmış hesabların (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan açılmış hesablar istisna olmaqla) vergi orqanında qeydiyyata alınması üçün forması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən məlumat bank tərəfindən hesab açıldığı tarixdən 1 (bir) iş günü müddətində elektron qaydada vergi orqanına göndərilir.
Heftelik.az-ın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Vergi orqanı tərəfindən açılmış hesabın qeydiyyata alınması barədə qeydiyyat bildirişi daxil olanadək hesab üzrə məxaric əməliyyatlarının aparılması qadağandır.