Cinayət işinin dərhal başlanması üçün Cinayət-Prosessual Məcəllənin 209.2-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu da kifayətdir.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Bu halda hərtərəfli, tam və obyektiv ibtidai araşdırma cinayət təqibinin həyata keçirilməsinə mane olan aşağıdakı hallar müəyyən olunanadək aparılır:

cinayət hadisəsinin mövcudluğunu təsdiq edən sübutlar əldə edilmədikdə;

– cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində yeganə təqsirləndirilə bilən şəxsə qarşı bu Məcəllənin 39.1.4-39.1.7 və 39.1.10-cu maddələrində göstərilən cinayət təqibini istisna edən hallar olduqda;

–  cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə görə hər hansı şəxsə qarşı bu Məcəllənin 39.1.3, 39.1.11 və 39.1.12-ci maddələrində göstərilən cinayət təqibini istisna edən hallar olduqda.