Estakadalar yanmayan materialdan hazırlanmış nərdivanlarla təchiz edilməli, nərdivanlar estakada boyu biri-birindən 100 metrdən artıq olmayan məsafədə quraşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Estakadaların üzərində doldurma-boşaltma qurğularına xidmət etmək üçün məhəccərli meydançalar nəzərdə tutulmalıdır. Dolub bitdikdən sonra yığılıb açılan hissəsi kilidlənməlidir.