Xarici bankların yerli banklarda müxbir hesablarının açılmasından əvvəl yerli bank xarici bankdan cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə üzrə xarici bankın daxili nəzarət proqramı, o cümlədən öz müştərilərini tanıması üçün tətbiq etdiyi tədbirlər barədə məlumatlar və bu sahədə təsdiqlənmiş daxili siyasət, qayda və prosedurlar və xarici bankın işgüzar nüfuzu, habelə xarici banka və ya onun benefisiar mülkiyyətçilərinə, hər hansı rəhbər şəxsinə və yaxud cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə üzrə məsul şəxsə qarşı səlahiyyətli qurum tərəfindən hər hansı cinayətə görə hazırda istintaq hərəkətlərinin aparılması, hazırda və ya keçmişdə məsuliyyətə cəlb edilməsi və ya son 5 (beş) il ərzində xarici maliyyə institutuna münasibətdə nəzarət tədbirlərinin görülməsi barədə məlumat və bu məlumatı təsdiq edən sənədlərin surətlərini əldə etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Yerli bank onları etibarlı mənbələr (bank nəzarəti orqanına sorğular göndərməklə və ya rəsmi nəşrlər və mənbəyi məlum olan digər məlumatlar) vasitəsilə yoxlayır, onlarla bağlı risk qiymətləndirməsini aparır, işgüzar münasibətlərin qurulmasının risklərinə dair hesabat hazırlayır və risklərin idarə edilməsi üzrə tədbirlər görür.