Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində iştirak etmiş, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxs digər şəxslərlə birlikdə cinayət təqibinə məruz qalarsa, onun barəsindəki icraat ibtidai araşdırma zamanı mümkün qədər ayrıca icraata ayrılmalıdır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.