Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və tabeli qurumlarının fəaliyyətinin maliyyə təminatı üzrə eyni məzmunlu (oxşar) xərclərin faktiki olaraq həm birbaşa dövlət büdcəsindən ayrılan, həm büdcədənkənar əməliyyatlar üzrə vəsaitlər, həm də məqsədli büdcə fondlarının vəsaitləri hesabına (müvafiq fondların vəsaitlərinin istifadə istiqamətlərində eynilik, təkrarçılıq mövcuddur) proqnozlaşdırılması və maliyyələşdirilməsi də inzibatçılıqda (o cümlədən, OMXÇ çərçivəsində) pərakəndəlik yaratmaqla maliyyə resurslarından daha qənaətli istifadə imkanlarını qismən məhdudlaşdırır, maliyyə-büdcə intizamının gücləndirilməsi üçün daha əlverişli şəraitin yaradılmasına ciddi töhfə vermir, institusional quruluşun təkmilləşdirilməsini aktuallaşdırır.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının Büdcə xərclərinin funksional
təsnifatının “Ətraf mühitin mühafizəsi” bölməsi üzrə ortamüddətli xərclər çərçivəsinin icra vəziyyətinə dair hazırladığı materialda əksini tapıb.