“Strateji hədəf 7. Su ehtiyatlarının qiymətləndirilməsi və qorunması” çərçivəsində həmin fəaliyyətlərin həyata keçirilməsi üçün maliyyə vəsaiti təsdiq və icra edilməyib.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının Büdcə xərclərinin funksional

təsnifatının “Ətraf mühitin mühafizəsi” bölməsi üzrə ortamüddətli xərclər çərçivəsinin icra vəziyyətinə dair  hazırladığı materialda əksini tapıb.

Təqdim olunan sənəddə “Su ehtiyatlarının həcmi”, “Yeraltı su ehtiyatlarının həcmi”, “Yerüstü su ehtiyatlarının həcmi”, ”Göllərdə və anbarlarda olan su ehtiyatlarının həcminin qiymətləndirilməsi sahəsində ölçmələr”, “Adambaşına düşən illik suyun həcmi” üzrə indikatorların icra vəziyyətinin 2023-cü ilin avqust ayında qiymətləndiriləcəyi, “Buzlaqlarda olan su ehtiyatlarının həcminin təyini” üzrə indikatorun icrasının hava şəraiti ilə bağlı təyin edilməsinin mümkün olmadığı qeyd edilib ki, bu da müvafiq sahələrdə fəaliyyətin və qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir.