Çənlər parkı olan neftvurma stansiyasında, çənlərdən neftin axmasına qarşı və çənlər parkının texnoloji boru kəmərlərinin təzyiqdən mühafizəsi üçün qoruyucu klapanlı və avtomatik açılan siyirtməsi olan qovşaqlar quraşdırılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.